Logo
    main-post-cover

    Qatlana bilən iPhone-nun istehsal planlarının reallaşdırıması artıq çox yaxındır

    Cihazlar+
    24.02.2025
    Emil
         Qatlana bilən iPhone-un rəsmi elanına hələ çox var. İndiyə qədər yalnız təxmini buraxılış tarixləri ortaya çıxıb, lakin konkret bir tarix açıqlanmayıb. Son hesabatda bildirilib ki, Apple cihaz üçün komponent təchizatçılarının seçimi prosesindədir. Şirkət namizədlər siyahısını keyfiyyət və ya kəmiyyət baxımından kompromisə getməyəcək təchizatçılarla məhdudlaşdıracaq. Cihazın gözlənilən buraxılışı 2026-cı ilin ikinci yarısında baş tutacaq. Məlumata əsasən Apple aprel ayına qədər bütün material və komponent təchizatçılarının seçimi prosesini yekunlaşdıracaq.
         Bu, genişmiqyaslı istehsalın tezliklə başlayacağını göstərir. Daha əvvəl şirkətin qatlana bilən iPhone-u buraxmamasının əsas səbəblərindən birinin bütün prototiplərdə qatlanma izinin olduğu bildirilirdi. Son məlumatlara görə, OLED ekranların təchizatçısı Samsung olacaq və smartfonun dizaynı "kitab" formatında olacaq. Yəni fold formatı. Şüşə örtüyə gəldikdə, bu komponentin böyük ehtimalla Corning tərəfindən təmin ediləcəyi gözlənilir. Amphenol şirkətinin isə qatlana bilən iPhone-nun şarnir konstruksiyası üçün nəzərdə tutulmuş petlələrin tədarükü ilə məşğul olacağı bildirilir.
         Hesabatda həmçinin qeyd olunub ki, qatlana bilən iPhone-un əsas fərqləndirici xüsusiyyətlərindən biri ekran üzərində qatlanma izinin olmaması olacaq. Görünür, Apple bu xüsusiyyətlə rəqiblərindən fərqlənmək istəyir. Bununla belə, əgər bu iddialar doğrudursa, ekranın qatlama xətti yenə də işıq əks olunanda görünə bilər. Hesabatda qatlana bilən iPhone-un kütləvi istehsalına başlanma tarixi haqqında konkret məlumat verilmir. Əgər Apple bütün lazımi təchizatçıları seçsə, cihazın 2026-cı ildə kommersiya məhsulu kimi təqdim olunması mümkündür.
    Mənbə: Wccftech
    Paylaş