Qatlana bilən iPhone-nun istehsal və satış müddəti açıqlanıb
Cihazlar+
27.12.2024
Emil
Artıq uzun zaman ərzində ortaya çıxan məlumatlara əsasən Apple şirkəti öz ilk qatlana bilən smartfonu üzərində çalışır. İndi isə insayderlər qatlana bilən iPhone-nun istehsalına nə zaman start veriləcəyini və onun nə zaman satışa çıxacağını açıqlayıblar. Beləliklə insayderlər bildiriblər ki, Apple ilk qatlana bilən smartfonunun istehsalına gələn ilin may ayında start verəcək. Lakin bunun kütləvi istehsal və ya test məqsədli istehsal olacağı bilinmir.
Çox güman ki, şirkət gələn ilin may ayında smartfonun test məqsədli istehsalına start verəcək. Bu halda şirkət belə iPhone-nun istehsal proseslərinin tam şəkildə çalışıb-çalışmadıqlarından əmin ola biləcək. Məlumatda qeyd edilib ki, şirkətin qatlana bilən smartfonu Galaxy Z Fold tərzində ola bilər. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple qatlana bilən iPhone-nun konseptini dəyişərək onu kitaba bənzər tərzdə etməyi nəzərdə tutub. Bu cür smartfonun nə zaman satışa çıxacağı mövzusuna gəldikdə, insayderlər qeyd ediblər ki, bu, 2026-cı ilin sentyabr ayında baş tutacaq.
Paylaş
Bənzər xəbərlər
Elm & Texnologiya
Apple smart qapı zəngi üzərində çalışır
Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın vermiş olduğu məlumata əsasən Apple şirkəti smart qapı zəngi üzərində çalışır.
Cihazlar+
iPhone 17 Pro-nun məlumat sızıntıları əsasında hazırlanmış render fotoları təqdim edilib
Mydrivers saytı müxtəlif məlumat sızıntıları əsasında iPhone 17 Pro-nun hazırlanmış render fotolarını təqdim edib.
Proqram Təminatı
Apple öz axtarış sistemini hazırlamağı planlaşdırmır
Son bir neçə il ərzində ortaya çıxmış məlumatlarda qeyd edilirdi ki, Apple şirkəti Google Search-ə bənzər axtarış sistemini hazırlamağı planlaşdırır. Məlumatlarda Apple şirkətinin bu üsul ilə Google-dan asılılığını aşağı salmaq istəməsi qeyd edilirdi.
Cihazlar+
Çərçivəsiz ekrana sahib iPhone modelini yaxın zamanda gözləmək lazım deyil
Daha öncə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti 2026-cı ilə kimi tam çərçivəsiz iPhone-nu təqdim etməyi planlaşdırır. Lakin ortaya çıxmış yeni məlumata əsasən Apple çox güman ki, 2026-cı ilə kimi bunu reallaşdıra bilməyəcək.
Cihazlar+
iPhone 18 Pro-nun əsas arxa kamerası dəyişkən diafraqma özəlliyini əldə edə bilər
iPhone 18 smartfon seriyasının 2026-cı ildə təqdim olunacağı gözlənilir. Lakin artıq indidən bu smartfon seriyası barəsində tədricən müxtəlif məlumatlar ortaya çıxır.
Ən çox oxunanlar