
Qatlana bilən iPhone-nun neçənci ilə kimi təxirə salındığı açıqlanıb
Cihazlar+
19.03.2024
Emil
Apple şirkətinin qatlana bilən iPhone üzərində çalışması barəsində məlumatlar son zamanlarda səngimək bilmir. Daha öncə bu cür iPhone-nun 2026-cı ildə təqdim olunacağı gözlənilirdi. Lakin Cənubi Koreyanın kütləvi informasiya vasitələrinin vermiş olduqları məlumata əsasən qatlana bilən iPhone 2027-ci ilə təxirə salınıb. Xəbərdə qeyd edilib ki, bu məlumatı Apple şirkətinin daxili işləri ilə yaxından məlumatlı olan yüksək vəzifəli məmur təqdim edib. Məlumatda qeyd edilib ki, Apple ilk növbədə qatlana bilən iPhone modelinin satışları üçün 2026-cı ilin dördüncü rübünü nəzərində tutmuşdu. Lakin müəyyən dəyişikliklərdən sonra şirkət 2027-ci ilin birinci rübünü qeydə alıb.
Paylaş
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
