main-post-cover

    Qatlana bilən Motorola RAZR 2-nin ilk fotoları ortaya çıxıb

    Cihazlar+
    28.07.2020
    Emil Nəcəfov
        Artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Motorola brendi qatlana bilən Motorola RAZR 2 smartfonu üzərində çalışır. İndi isə internetdə sözügedən smartfonun ilk fotoları ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. Smartfonun fotolarını məşhur insayder Evan Blass təqdim edib. Motorola RAZR 2 smartfonu Odyssey kod adına sahibdir. Yeni model xarici görünüşcə keçən il təqdim olunmuş birinci Motorola RAZR modelinə bənzəyir.
        Fərqləndirici özəlliklər arasında Mercury Silver adlı gövdə rəngi, əsas ekran üzərində kiçildilmiş çıxıntı hissə və bir qədər böyüdülmüş ikinci ekran var. Son məlumat sızıntılarına əsasən Motorola RAZR 2 modeli flaqman smartfon olmayacaq. Belə ki, smartfon Snapdragon 765G prosessoru ilə təchiz olunmalıdır. Bununla yanaşı Motorola RAZR 2-nin Snapdragon X52 5G modeminə, 8 GB RAM-a, 256 GB daxili yaddaş həcminə və 2845 mAh enerji tutumlu batareyaya da sahib olacağı gözlənilir.
    Linki kopyala