
Qatlana bilən Motorola Razr 50s Ultra smartfonu təqdimata hazırlaşır
Cihazlar+
07.11.2024
Emil
Motorola şirkəti sentyabrda Yaponiyada qatlana bilən Motorola Razr 50s smartfonunu təqdim etmişdi. Bir neçə müddət bundan öncə isə məlumat ortaya çıxdı ki, şirkət bu smartfonun qlobal versiyasını təqdim etməyə hazırlaşır. Lakin görünür, bu, Motorola-nın hazırladığı yeganə yeni qatlana bilən smartfon deyil. Belə ki, 91mobiles saytı Motorola Razr 50s Ultra smartfonunun fotosunu təqdim edib.
Təqdim edilmiş fotoda bu yeni qatlana bilən smartfon hər tərəfdən əks olunub. Fotodan belə qənaətə gəlmək olar ki, bu yeni smartfon xarici görünüşcə adi Motorola Razr 50 Ultra-dan heç də fərqlənmir. Motorola Razr 50s Ultra-nın texniki imkanları barəsində ətraflı məlumat yoxdur. Sadəcə olaraq məlumdur ki, smartfon 45 vatt gücündə sürətli naqilli şarj texnologiyasını və 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. Motorola Razr 50s Ultra bu ilin sonuna kimi təqdim oluna bilər.

Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
