Logo
    main-post-cover

    Qatlana bilən Motorola RAZR Lite smartfonunun render fotoları təqdim edilib

    Cihazlar+
    17.04.2023
    Emil
        Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Motorola brendi bu il iki ədəd qatlana bilən smartfon təqdim edəcək. Onlardan biri Motorola RAZR (2023), digəri isə onun sadələşdirilmiş versiyası olmalıdır. İndi isə OneLeaks ləqəbli məşhur insayder bu məlumatı təsdiqləyib və təqdim olunacaq ikinci qatlana bilən smartfonun keyfiyyətli render fotolarını təqdim edib. Gözləntilərə əsasən Motorola-nın ikinci qatlana bilən smartfonu Motorola RAZR Lite adını əldə edəcək.
        Fotolardan da görmək olar ki, Motorola RAZR Lite smartfonu xarici görünüşcə hal hazırda aktual olan Motorola RAZR (2022)-yə bənzəyəcək. Lakin bununla belə smartfon böyük olmayan xarici ekrana sahib olacaq. Xarici ekranda bildirişlər və zaman əks olunacaqlar. Smartfon həmçinin ikili arxa kamera və əsas ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı ilə təchiz olunacaq. Motorola RAZR Lite smartfonunun texniki özəllikləri barəsində heç bir məlumat yoxdur. Çox güman ki, o, Motorola RAZR (2023) ilə birlikdə yay fəslində təqdim olunacaq.
    Paylaş
    Bənzər xəbərlər