Logo
    main-post-cover

    Qatlana bilən Motorola RAZR smartfonlarının nə zaman təqdim ediləcəkləri məlum olub

    Cihazlar+
    18.04.2023
    Emil
        Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Motorola brendi bu il qatlana bilən Motorola RAZR smartfonunun iki versiyasını təqdim edə bilər. Dünən hətta məşhur insayderlərdən biri Motorola RAZR Lite smartfonunun keyfiyyətli render fotolarını da təqdim etmişdi. İndi isə insayderlər Motorola brendinin Motorola RAZR smartfonlarını nə zaman təqdim edəcəyi barəsində məlumat veriblər. Beləliklə insayderlərin sözlərinə əsasən Motorola öz yeni qatlana bilən smartfonlarını 1 iyun tarixində təqdim edəcək.
        İnsayderlər həmçinin bildiriblər ki, təqdim ediləcək Motorola RAZR modellərindən standart olanı Motorola RAZR Lite adını, flaqman olanı isə Motorola RAZR Pro adını əldə edəcək. Motorola RAZR Lite modelinin texniki özəllikləri barəsində məlumat yoxdur. Motorola RAZR Pro-ya gəldikdə isə onun 144 Hz-lik təsvir yenilənməsinə sahib daxili əsas ekran, 2.7 düym xarici köməkçi ekran, Snapdragon 8+ Gen 1 və ya Snapdragon 8 Gen 2 prosessoru, 64 MP + 13 MP ikili arxa kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər