Logo
    main-post-cover

    Qatlana bilən OnePlus Fold digərlərindən nə ilə fərqlənəcək?

    Cihazlar+
    23.06.2023
    Emil
        OnePlus şirkəti hal hazırda ilk qatlana bilən smartfonu üzərində çalışır və onun hazırlanmasının artıq son mərhələsindədir. Bir neçə gün bundan öncə OnLeaks ləqəbli məşhur insayder OnePlus Fold-un ilk keyfiyyətli render fotolarını təqdim etmişdi. İndi isə insayderlər sözügedən smartfonun digərlərindən hansı özəlliklərə görə fərqlənəcəyindən danışıblar. Beləliklə onların sözlərinə əsasən OnePlus Fold öz rəqiblərini Hasselblad şirkətinin hazırlamış olduğu kamerası və səs keyfiyyəti ilə təəccübləndirəcək. Bununla yanaşı məlumatda qeyd edilib ki, smartfon qara, yaşıl və qızılı gövdə rənglərində satışa çıxacaq. OnePlus şirkətinin ilk qatlana bilən smartrfonunun avqust ayında təqdim ediləcəyi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər