
Qatlana bilən OnePlus Fold-un təqdimat müddəti və bəzi texniki özəllikləri məlum olub
OnePlus şirkəti yaxın zamanda ilk qatlana biləın smartfonunu təqdim etməlidir. OneLeaks ləqəbli məşhur insayder isə qatlana bilən smartfonun texniki özəllikləri və onun nə zaman təqdim olunacağı barəsində məlumatları təqdim edib. Beləliklə OnePlus Fold adlanacağı güman edilən qatlana bilən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 7.8 düym daxili AMOLED ekran və 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.3 düym xarici AMOLED ekran ilə təchiz olunacaq.
İnsayder bildirib ki, OnePlus Fold Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 16 GB-a kimi RAM-ı, 256 GB daxili yaddaş həcmini və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Kameralara gəldikdə isə smartfon 64 MP + 48 MP + 48 MP üçlü arxa kameraya və iki ədəd ön kameraya sahib olacaq. Daxili ekran üzərində 20 MP-lik ön kamera, xarici ekran üzərində isə 32 MP-lik ön kamera yerləşəcək. İnsayder bildirib ki, OnePlus öz ilk qatlana bilən smartfonunu gələn ay təqdim edəcək.
Paylaş
Bənzər xəbərlər