Logo
    main-post-cover

    Qatlana bilən OnePlus Open 2 böyük həcmli yeni növ batareyanı əldə edə bilər

    Cihazlar+
    22.07.2024
    Emil
         OnePlus keçən il qatlana bilən OnePlus Open smartfonunu təqdim etmişdi. Heç kim üçün sirr deyil ki, şirkət hal-hazırda OnePlus Open 2 üzərində çalışır. Ortaya çıxmış yeni məlumata əsasən OnePlus Open 2 şirkətin Glacier Battery adlı yeni texnologiyası əsasında hazırlanacaq yeni növ batareyanı əldə edəcək və onun həcmi 6000 mAh təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki OnePlus Open modeli 4805 mAh enerji tutumlu batareyaya sahibdir.
         Glacier Battery texnologiyası öz növbəsində batareyanın fiziki ölçüsünü böyütmədən onun həcmini genişləndirməyə imkan verir. Bu, batareyada silisium-karbon anodundan istifadə hesabına mümkün olur. Nəticədə sözügedən texnologiya əsasında hazırlanmış batareyada enerji sıxlığı digər analoqlardan fərqli olaraq 23.1% daha yüksəkdir. Glacier Battery texnologiyası əsasında hazırlanmış batareyanı ilk əldə etmiş smartfon isə bir neçə müddət bundan öncə Çində təqdim edilmiş OnePlus Ace 3 Pro oldu. OnePlus Open 2-yə gəldikdə isə onun ya bu il ya da gələn il təqdim ediləcəyi gözlənilir.
    Paylaş