
Qatlana bilən OnePlus Open 2-nin bəzi özəllikləri açıqlanıb
Cihazlar+
18.12.2024
Emil
OnePlus şirkətinin gələn il qatlana bilən OnePlus Open 2 smartfonunu təqdim edəcəyi gözlənilir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder sözügedən qatlana bilən smartfon barəsində bəzi təfərrüatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən OnePlus Open 2 smartfonu 2025-ci ilin birinci yarısında satışa çıxacaq yeganə qatlana bilən smartfon olacaq. Məlumatda qeyd edilib ki, smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq və birinci nəsil OnePlus Open ilə müqayisədə yeni smartfon daha yüngül və nazik gövdəli olacaq.
Smartfonun daha nazik və yüngül olacağına baxmayaraq bu onun gövdə dözümlülüyünə təsir göstərməyəcək. İnsayderin sözlərinə əsasən OnePlus Open 2 sürətli naqilsiz şarj texnologiyasının dəstəyini əldə edəcək. Qeyd etmək lazımdır ki, birinci nəsil OnePlus Open belə bir imkana sahib deyil. Bununla yanaşı OnePlus Open-in gövdəsinin IPX4 standartı üzrə sudan qorunma özəlliyinə sahib olduğu halda OnePlus Open 2-nin gövdəsi IPX8 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq. İnsayder əlavə edib ki, OnePlus Open 2 üstəlik daha böyük həcmli batareya ilə təchiz olunacaq.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
