Logo
    main-post-cover

    Qatlana bilən OnePlus Open 2 smartfonu barəsində ilk məlumatlar verilib

    Cihazlar+
    24.05.2024
    Emil
         OnePlus şirkəti keçən ilin oktyabr ayında ilk qatlana bilən smartfonunu təqdim etmişdi. Söhbət, OnePlus Open-dən gedir. İndi isə məlum olub ki, şirkət OnePlus Open-in davamçısı üzərində çalışır. Məlumatda qeyd edilib ki, hazırlanan OnePlus Open 2 hələ təqdim edilməmiş qatlana bilən OPPO Find N5 smartfonunun qlobal bazar üçün nəzərdə tutulmuş versiyası ola bilər. Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən qatlana bilən OnePlus Open 2 smartfonu 2025-ci ilin birinci rübündə təqdim olunacaq.
         Gözləntilərə əsasən OnePlus-ın növbəti qatlana bilən smartfonu Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaq. Məlumata əsasən OnePlus Open 2 smartfonu öz çəkisinin aşağı salınması üçün təkmilləşdirilmiş şarnir konstruksiyasını və daxili yastı ekranı əldə edəcək. Bununla yanaşı smartfonun nazik gövdəyə sahib olacağı güman edilir. Qeyd etmək lazımdır ki, keçən il OnePlus Open smartfonu OPPO-nun Find N3 adlı qatlana bilən smartfonunun qlobal versiyası rolunda çıxış etmişdi. Heç istisna deyil ki, gələn il təqdim ediləcək OPPO Find N5 smartfonunun qlobal versiyası qismində məhz OnePlus Open 2 çıxış etsin.
    Paylaş