Logo
    main-post-cover

    Qatlana bilən OnePlus Open-in yeni render fotoları və satış qiyməti təqdim olunub

    Cihazlar+
    10.10.2023
    Emil
         Roland Quandt adlı məşhur insayder qatlana bilən OnePlus Open smartfonunun keyfiyyətli fotolarını təqdim edib və onun hansı qiymətə satılacağı barəsində məlumat verib. Təqdim edilmiş fotolardan da görmək olar ki, OnePlus Open xarici görünüşcə təqdim olunmağa hazırlaşan OPPO Find N3 Fold-a bənzəyəcək. Belə ki, OnePlus-ın ilk qatlana bilən smartfonu da OPPO Find N3 Fold kimi arxa paneldən dairəvi formada kamera sahəsinə sahib olacaq.
         Həmin kamera sahəsi isə özündə 3 ədəd kamera obyektivini birləşdirəcək. Roland Quandt-ın sözlərinə əsasən OnePlus Open smartfonu Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 64 MP + 48 MP + 48 MP üçlü arxa kamera ilə 67 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareyanı birləşdirəcək. İnsayder bildirib ki, OnePlus Open 19 oktyabr tarixində təqdim ediləcək. Smartfonun satış qiymətinə gəldikdə isə o, 1700$-a satılacaq.
    Paylaş