Logo
    main-post-cover

    Qatlana bilən OnePlus Open-in yeni təqdimat tarixi açıqlanıb

    Cihazlar+
    20.09.2023
        Biz artıq dəfələrlə xəbər vermişik ki, OnePlus hal hazırda OnePlus Open adlı ilk qatlana bilən smartfonu üzərində çalışır. Bir neçə ay bundan öncə məlumat ortaya çıxmışdı ki, OnePlus Open smartfonu avqust ayının sonunda təqdim olunacaq. Lakin nəticədə bu, baş vermədi. İndi isə insayderlər OnePlus-ın ilk qatlana bilən smartfonunun təqdimat tarixi ilə bağlı yeni məlumat veriblər.
        Beləliklə insayderlərin sözlərinə əsasən OnePlus Open smartfonu 19 oktyabr tarixində təqdim ediləcək. Son məlumat sızıntılarına əsasən OnePlus Open 2K keyfiyyətli 7.8 düym daxili AMOLED 6.3 düym xarici AMOLED ekranla təchiz olunacaq. Hər iki ekran 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcək. Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 67 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Qatlana bilən OnePlus Open-in yeni təqdimat tarixi açıqlanıb | Technote