Logo
    main-post-cover

    Qatlana bilən OnePlus Open smartfonunun real fotoları ortaya çıxıb

    Cihazlar+
    02.10.2023
    Emil
        OnePlus şirkəti öz ilk qatlana bilən smartfonu olacaq OnePlus Open-i hələ təqdim etməsə də onun barəsində məlumatlar artıq uzun müddətdir ki, ortaya çıxırlar. İlk öncə smartfonun avqust ayının sonunda təqdim olunacağı gözlənilirdi. Lakin bu, baş vermədi. Görünür OnePlus Open-in təqdimatı artıq çox yaxındır. Belə ki, sözügedən qatlana bilən smartfon hind aktrisasının əlində görülüb. Jurnalistlər hind aktrisası Anushka Sharma-nı öz avtomobilində olan zaman fotolarını çəkiblər. Fotoların çəkildiyi zaman kadrlara OnePlus Open qatlana bilən smartfonu düşüb.
        Bu isə o deməkdir ki, OnePlus şirkətinin ilk qatlana bilən smartfonu artıq hazırdır və onun təqdimatı yaxın zamanda baş tuta bilər. Son məlumat sızıntılarına əsasən OnePlus Open smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 7.8 düym daxili ekran ilə təchiz olunacaq və Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq. Smartfon özündə həmçinin 16 GB RAM-ı, 256 GB daxili yaddaş həcmini və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareyanı birləşdirməlidir. Gözləntilərə əsasən OnePlus Open artıq bu ay ərzində təqdim olunacaq.
    Paylaş
    Bənzər xəbərlər