Logo
    main-post-cover

    Qatlana bilən OnePlus Open smartfonunun təqdimatı təxirə salınmış ola bilər

    Cihazlar+
    01.08.2023
    Emil
        Hələ keçən ay məlumat ortaya çıxmışdı ki, OnePlus öz ilk qatlana bilən smartfonunu 29 avqust tarixində təqdim edəcək. Hətta OnePlus da təsdiqləmişdi ki, onun ilk qatlana bilən smartfonu avqust ayında təqdim ediləcək. Lakin insayderlərin vermiş olduqları yeni məlumata əsasən OnePlus-ın ilk qatlana bilən smartfonunun təqdimatı bir qədər təxirə salınıb. Çox güman ki, smartfonun təqdimatı sentyabr ayının əvvəlində baş tutacaq. Məlumatda qeyd edilib ki, OnePlus-ın öz qatlana bilən smartfonunun təqdimatını təxirə salmasının əsas səbəbi ondadır ki, şirkət sözügedən smartfon üçün nəzərdə tutulmuş ekranların istehsalı ilə məşğul olan şirkəti dəyişmək qərarına gəlib.
        Belə ki, daha öncə smartfona BOE istehsalı olan ekranların quraşdırılması planlaşdırılırdı. Lakin indi OnePlus öz seçimini Samsung ekranları üzərində saxlayıb. Qeyd etmək lazımdır ki, son məlumat sızıntılarına əsasən OnePlus-ın ilk qatlana bilən smartfonu OnePlus Open adını əldə edəcək. OnePlus Open-in 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 7.8 düym daxili AMOLED ekran və 6.3 düym xarici AMOLED ekran ilə təchiz olunacağı və Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər