
Qatlana bilən OnePlus Open video vasitəsilə sərgilənib (VİDEO)
Cihazlar+
03.10.2023
Emil
OnePlus şirkəti öz ilk qatlana bilən smartfonu OnePlus Open barəsində materialları təqdim etməyə başlayıb. Şirkət Unbox Therapy adlı Youtube kanalı ilə birgə OnePlus Open-i sərgiləyib. Verilmiş məlumata əsasən bazarda olan digər qatlana bilən smartfonlardan fərqli olaraq OnePlus Open-in şarnir konstruksiyasında ara hissə olmayacaq. Söhbət, bu cür smartfonun qatlanmış vəziyyətdə hər iki tərəf arasında qalan aralıq hissədən gedir. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, OPPO Find N2-dən fərqli olaraq OnePlus Open-də şarnir konstruksiyası gövdənin az hissəsini əhatə edir.
OnePlus Open-nin hazırlanmasında OnePlus mühəndisləri ilə yanaşı həmçinin OPPO mühəndisləri də iştirak ediblər. Son məlumat sızıntılarına əsasən OnePlus Open 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 7.8 düym daxili AMOLED ekran və 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.3 düym xarici AMOLED ekranla təchiz olunacaq. Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışmalı və özündə 64 MP + 48 MP + 48 MP üçlü arxa kamera ilə 67 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareyanı birləşdirməlidir. OnePlus Open artıq bu ay təqdim olunmalıdır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
