main-post-cover

    Qatlana bilən OPPO Find N2 Flip smartfonunun konstruksiyasının dözümlülüyü maraqlı şəkildə sərgilənib

    Cihazlar+
    16.03.2023
    Emil Nəcəfov
        Qatlana bilən smartfonların konstruksiyaları çox zaman dözümlülük məsələsində istifadəçilərdə suallar yaradır. Qatlana bilən smartfonların şarnir konstruksiyalarının etibarlılıq məsələsində olan şübhələri OPPO şirkətinin məhsullar üzrə direktoru Pete Lau aradan qaldırmağa çalışıb. Belə ki, Pete Lau bildirib ki, OPPO-nun Find N2 Flip adlı qatlana bilən smartfonu halında şarnir konstruksiyasının dözümlülüyündən şübhə etməyə ehtiyac yoxdur. Pete Lau bu bəyanatı çox maraqlı tərzdə sərgiləyib.
    OPPO
        Belə ki, o öz Twitter hesabına qatlana bilən OPPO Find N2 Flip smartfonuna həsr edilmiş qısa animasiyanı təqdim edib. Animasiyadan da görmək olar ki, tam açıq vəziyyətdə olan smartfonun arxa paneli üzərinə sıra ilə 5, 10, 15, 20 və 25 kq ağırlığında olan yüklər qoyulur. Lakin bu cür ağırlıqda olan yüklərin arxa panel üzərinə yerləşdirilməsi nəticəsində smartfonun gövdəsində heç bir problem yaşanmır. Animasiyanın sonunda isə “Flip bükülmür” cümləsi əks olunub. Aydın məsələdir ki, bu animasiya qurmadır. Lakin şirkət bildirib ki, o, real laboratoriya testləri ilə smartfonun texniki özəlliklərinə əsaslanır.
    Linki kopyala