Logo
    main-post-cover

    Qatlana bilən OPPO Find N3 barəsində yeni məlumatlar verilib

    Cihazlar+
    28.07.2023
    Emil
        OPPO şirkəti öz qatlana bilən smartfonlarının yaxşı satışlarından ilhamlanaraq artıq yaxın zamanda yeni qatlana bilən smartfonunu təqdim etməlidir. Söhbət, OPPO Find N3-dən gedir. Sözügedən yeni qatlana bilən smartfonun gələn ayın sonunda təqdim ediləcəyi gözlənilir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder OPPO Find N3 barəsində yeni məlumatları təqdim edib. İnsayder bildirib ki, OPPO Find N3 smartfonu Fold form-faktoruna sahib bütün qatlana bilən smartfonlar arasında ən güclü periskop kamera obyektivinə sahib olacaq.
        Məlumatda qeyd edilib ki, OPPO-nun yeni qatlana bilən smartfonu 16 GB-a kimi RAM 1 TB-a kimi daxili yaddaş həcmi ilə təchiz olunacaq. OPPO Find N2 öz kompakt ölçüsü ilə diqqəti cəlb edirdi. Lakin şirkət OPPO Find N3-də kompakt ölçü özəlliyindən uzaqlaşacaq. Belə ki, insayderin sözlərinə inansaq, smartfon 7.8 düym daxili ekran və 6.3 düym xarici ekran ilə təchiz olunacaq. Əlavə olaraq insayder bildirib ki, OPPO Find N3 qatlana bilən smartfonlar arasında ən güclü stereo səsgücləndiricilərə sahib olacaq.
    Paylaş
    Bənzər xəbərlər