Logo
    main-post-cover

    Qatlana bilən OPPO Find N3 Fold hansı texniki göstəriciləri ilə təəccübləndirəcək?

    Cihazlar+
    22.08.2023
    Emil
        OPPO şirkəti ilin sonuna kimi qatlana bilən smartfonu OPPO Find N3 Fold-u təqdim etməlidir. Digital Chat Station ləqəbli məşhur insayder keçən həftə sözügedən smartfonun bəzi texniki göstəricilərini təqdim etmişdi. İndi isə həmin insayder OPPO Find N3 Fold-un digər texniki göstəricilərini paylaşıb. Beləliklə insayderin sözlərinə əsasən smartfon 2268x2440 piksel keyfiyyətli 7.82 düym daxili ekran və 2484x1116 piksel keyfiyyətli 6.31 düym xarici ekran ilə təchiz olunacaq.
        Smartfon 16 GB-a kimi RAM-a və 1 TB-a kimi daxili yaddaş həcminə sahib olacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, şirkət OPPO Find N3 Fold-un 24 GB RAM-a sahib versiyasını da satışa çxıartmağı nəzərdən keçirir. Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq. Gözləntilərə əsasən OPPO Find N3 Fold özündə 50 MP + 48 MP + 64 MP üçlü arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirəcək.
    Paylaş
    Bənzər xəbərlər