
Qatlana bilən OPPO Find N3 Fold-un bəzi texniki göstəriciləri təqdim edilib
Digital Chat Station ləqəbli məşhur insayder OPPO şirkətinin yeni qatlana bilən smartfonu olacaq Find N3 Fold-un bəzi texniki göstəricilərini açıqlayıb. Beləliklə insayder bildirib ki, bu yeni qatlana bilən smartfon iki ədəd ekran ilə təchiz olunacaq. 7.82 düym daxili ekran və 6.31 düym xarici ekran. Bununla yanaşı OPPO Find N3 Fold özündə 50 MP + 48 MP + 64 MP üçlü arxa kameranı birləşdirəcək. Batareyaya gəldikdə isə smartfon 100 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq. OPPO Find N3 Fold-un nə zaman təqdim ediləcəyi barəsində dəqiq bir məlumat yoxdur. Ola bilər ki, smartfon payız fəslində təqdim olunsun.
Paylaş
Bənzər xəbərlər