Logo
    main-post-cover

    Qatlana bilən OPPO Find N3 Fold-un fotosu və texniki göstəriciləri təqdim edilib

    Cihazlar+
    04.10.2023
    Emil
        Digital Chat Station ləqəbli məşhur insayder qatlana bilən OPPO Find N3 Fold smartfonunun fotosunu və texniki göstəricilərini təqdim edib. Təqdim edilmiş foto smartfon barəsində daha öncə ortaya çıxmış məlumat sızıntılarını təsdiqləyir. Belə ki, OPPO Find N3 Fold smartfonu xarici görünüşcə qatlana bilən OnePlus Open-ə bənzəyəcək. Lakin bununla belə onun texniki göstəriciləri daha fərqli olacaq. Belə ki, insayderin sözlərinə əsasən OPPO Find N3 Fold smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2268x2440 piksel keyfiyyətli 7.82 düym daxili OLED ekran və 120 Hz-lik təsvir yenilənməsinə sahib 2482x1116 piksel keyfiyyətli 6.31 düym xarici OLED ekran ilə təchiz olunacaq.
        Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 16 GB RAM ilə 1 TB-a kimi daxili yaddaş həcmini birləşdirəcək. Məlumatda qeyd edilib ki, OPPO Find N3 Fold 48 MP + 48 MP + 48 MP üçlü arxa kameraya, biri 32 MP, digəri isə 20 MP olmaqla iki ədəd ön kameraya və 4805 mAh enerji tutumlu batareyaya sahib olacaq. Smartfon 100 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. OPPO Find N3 Fold-un ya bu ay ya da gələn ay təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər