main-post-cover

    Qatlana bilən OPPO Find N3 smartfonu barəsində məlumatlar verilib

    Cihazlar+
    30.03.2023
    Farid Pardashunas
        OPPO şirkəti keçən ilin dekabr ayında Find N2 adlı qatlana bilən smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun davamçısı üzərində çalışır. Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən OPPO Find N3 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1792 piksel keyfiyyətli əsas ekran ilə təchiz olunacaq. Bununla yanaşı smartfon 50 MP + 48 MP + 32 MP üçlü arxa kameraya sahib olacaq. Smartfon iki ədəd ön kameranı özündə birləşdirəcək. Onlardan biri əsas ekran üzərində, digəri isə xarici ekran üzərində yerləşəcək. Ön kameralardan biri 20 MP-lik, digəri isə 32 MP-lik olacaq. OPPO Find N3-ün Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacağı gözlənilir. OPPO-nun bu yeni qatlana bilən smartfonunun nə zaman təqdim olunacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər