Logo
    main-post-cover

    Qatlana bilən OPPO Find N3 smartfonu barəsində yeni məlumatlar ortaya çıxıb

    Cihazlar+
    14.06.2023
    Emil
        Çinin Weibo adlı sosial şəbəkəsində OPPO şirkətinin yeni qatlana bilən smartfonu barəsində növbəti məlumatlar ortaya çıxıb. Söhbət, OPPO Find N3-dən gedir. Beləliklə ortaya çıxmış məlumatlara əsasən OPPO Find N3 smartfonu naqilsiz şarj texnologiyasının dəstəyini əldə edəcək və flaqman kamera ilə təchiz olunacaq. Söhbət, Sony IMX581 adlı 50 MP-lik əsas arxa kameradan gedir. Onu həmçinin Sony IMX581 adlı 48 MP-lik genişbucaqlı obyektiv və 32 MP-lik periskop obyektiv tamamlayacaq.
        Məlumata əsasən OPPO Find N3 ikili ön kamera ilə təchiz olunacaq və onlardan hər biri 32 MP-lik olacaq. Daha öncəki məlumat sızıntılarına əsasən OPPO-nun yeni qatlana bilən smartfonu əsas ekranı 120 Hz-lik yenilənməsinə sahib 8 düym ölçülü olmaqla iki ədəd ekrana, Snapdragon 8 Gen 2 prosessoruna, 16 GB-a kimi RAM-a, 1 TB-a kimi daxili yaddaş həcminə və 80 vatt gücündə sürətli şarj texnologiyalı 4805 mAh enerji tutumlu batareyaya sahib olacaq. OPPO Find N3-ün təqdimatı ya bu ilin üçüncü ya da dördüncü rübündə baş tutacaq.
    Paylaş
    Bənzər xəbərlər