
Qatlana bilən OPPO Find N3 smartfonunun təqdimat müddəti məlum olub
Cihazlar+
29.09.2023
Emil Nəcəfov
Biz artıq dəfələrlə məlumat vermişik ki, OPPO şirkəti OPPO Find N3 adlı yeni qatlana bilən smartfon üzərində çalışır. Görünür, smartfonun təqdimatı artıq çox yaxındır. Belə ki, insayderlərin vermiş olduqları yeni məlumata əsasən OPPO Find N3 artıq gələn ay təqdim olunacaq. Lakin smartfonun dəqiq şəkildə hansı tarixdə təqdim olunacağı hələ bilinmir. Son məlumat sızıntılarına əsasən OPPO Find N3 iki ədəd ekranla təchiz olunacaq.
Onlardan biri 2K keyfiyyətli 7.8 düym daxili AMOLED ekran, digəri isə 6.3 düym xarici AMOLED ekran olacaq. Hər iki ekran 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcək. Məlumata əsasən OPPO Find N3 Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 64 MP + 48 MP + 48 MP üçlü arxa kameranı, 32 MP-lik ön kameranı və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
Linki kopyala
Həftənin xəbərləri

