Logo
    main-post-cover

    Qatlana bilən OPPO Find N3 smartfonunun təqdimatı anons edilib

    Cihazlar+
    13.10.2023
    Emil
         OPPO şirkəti Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında yeni qatlana bilən smartfonun təqdimatını anons edən posteri təqdim edib. Söhbət, OPPO Find N3-dən (OPPO Find N3 Fold) gedir. Posterdə əks olunmuş məlumata əsasən qatlana bilən OPPO Find N3 smartfonu 19 oktyabr tarixində təqdim olunacaq. Gözləntilərə əsasən OPPO Find N3 eksklüziv olaraq Çin bazarında satılacaq. Onun qlobal versiyası isə OnePlus Open smartfonu olacaq. Son məlumatlara əsasən OPPO Find N3 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib iki ədəd AMOLED ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq.
    Paylaş