
Qatlana bilən OPPO Find N3-ün texniki göstəriciləri və özəllikləri məlum olub
Heç sirr deyil ki, OPPO şirkəti yeni qatlana bilən smartfonu üzərində çalışır. Söhbət, OPPO Find N3-dən gedir. Digital Chat Station ləqəbli məşhur insayder sözügedən yeni qatlana bilən smartfonun texniki göstəriciləri və bəzi özəllikləri barəsində məlumat verib. Verilmiş məlumata əsasən OPPO Find N3-də reallaşdırılacaq əsas dəyişikliklərdən biri onun xarici ekranını əhatə edəcək. İnsayder bildirib ki, OPPO Find N2-dən fərqli olaraq OPPO Find N3 modeli bir qədər böyük ölçüdə olacaq.
Bununla belə yeni qatlana bilən smartfonun gövdə qalınlığı və çəkisi dəyişilməz olaraq qalacaq. Beləliklə OPPO Find N3 digər qatlana bilən smartfonların fonunda öz fərqləndirici özəlliyindən məhrum olacaq. Söhbət, kompakt ölçüdən gedir. Bununla yanaşı insayder bildirib ki, smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2268x2440 piksel keyfiyyətli ekran, optik stabilizasiyaya sahib 50 MP-lik əsas arxa kamera obyektivi və 4805 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. OPPO Find N3-ün Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Smartfon bu ilin sonuna kimi təqdim edilə bilər.
Paylaş
Bənzər xəbərlər