Logo
    main-post-cover

    Qatlana bilən OPPO Find N3-ün vacib özəlliklərindən biri məlum olub

    Cihazlar+
    02.08.2023
    Emil
        OPPO şirkətinin yeni qatlana bilən smartfonu barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edir. Söhbət, OPPO Find N3-dən gedir. Sözügedən yeni qatlana bilən smartfonun Çinin 3C adlı sertifikatlaşdırma agentliyində sertifikatlaşdırmadan keçdiyi məlum olub. Smartfonun sertifikatlaşdırmadan keçməsi onun yaxın zamanda təqdim ediləcəyinə işarə edir. Sertifikatlaşdırma agentliyinin məlumatlar bazası sayəsində məlum olub ki, OPPO Find N3 smartfonu 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək.
        Təəssüflər olsun ki, smartfon barəsində digər məlumat ortaya çıxmayıb. Lakin daha öncəki məlumat sızıntılarına inansaq, OPPO Find N3 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 8 düym ölçülü daxili ekran, Snapdragon 8 Gen 2 prosessoru, 16 GB-a kimi RAM, 1 TB-a kimi daxili yaddaş həcmi və 4805 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. OPPO Find N3-ün bu ilin üçüncü və ya dördüncü rübündə təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər