
Qatlana bilən OPPO Find N5-in müxtəlif gövdə rənglərində fotoları təqdim edilib
Cihazlar+
10.02.2025
Emil
OPPO bu ay ərzində qatlana bilən OPPO Find N5 flaqman smartfonunu təqdim etməyə hazırlaşır. Evan Blass adlı məşhur insayder öz növbəsində bu yeni smartfonun ilk keyfiyyətli render fotolarını bölüşüb. Fotolara əsasən, OPPO Find N5 ağ, qara və bənövşəyi olmaqla 3 gövdə rəngində təqdim olunacaq. Cihaz özündə 3 ədəd kameranı, Hasselblad loqosunu və LED işıqlandırmanı birləşdirən dairəvi kamera sahəsinə sahib olacaq.

Kameraların üsusiyyətləri hələ açıqlanmasa da, Hasselblad loqosunun olması smartfonun yüksək keyfiyyətli foto çəkmə imkanlarına malik olacağını göstərir. OPPO artıq təsdiqləyib ki, Find N5 smartfonunun gövdəsi IPX6/X8/X9 standartları üzrə suya qarşı yüksək dayanıqlığa sahib olacaq. Cihazın əsas xüsusiyyətlərindən biri onun gövdəs qalınlığının cəmi 4.2 mm olmasıdır. Şayiələrə görə, OPPO Find N5 smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq və 50 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib batareya ilə təchiz olunacaq.
Mənbə: GSMarena



Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
