
Qatlana bilən OPPO Find N5-in yeni real fotoları ortaya çıxıb
Cihazlar+
24.01.2025
Emil
OPPO şirkəti yaxın zamanda yeni qatlana bilən smartfonu OPPO Find N5-i təqdim etməlidir. İndi isə internetdə bu yeni smartfonun real fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolarda smartfonun xarici ekranına və kamera sahəsinə cüzi nəzər yetirmək olar. Fotolardan smartfonun qatlanmış vəziyyətdə gövdə qalınlığını qiymətləndirmək olar. Son məlumata əsasən OPPO Find N5-in qatlanmış vəziyyətdə gövdə qalınlığı 9.2 mm təşkil edəcək. OPPO-nun sözlərinə əsasən bu, qatlana bilən smartfonlar arasında ən nazik gövdəli smartfon olacaq. Fotolardan da görmək olar ki, OPPO Find N5 özündə dairəvi kamera sahəsini birləşdirəcək. Qeyd etmək lazımdır ki, OPPO-nun bu yeni qatlana bilən smartfonu Snapdragon 8 Elite prosessorunun 7 nüvəli versiyası vasitəsilə çalışmalıdır.



Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
