Logo
    main-post-cover

    Qatlana bilən OPPO Find N5 smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    21.01.2025
    Emil
         OPPO şirkəti yaxın zamanda yeni qatlana bilən smartfonunu təqdim etməlidir. Söhbət, OPPO Find N5 smartfonundan gedir. İndi isə məlum olub ki, sözügedən yeni qatlana bilən smartfon Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən OPPO Find N5 smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq. Lakin maraqlısı ondadır ki, smartfon Snapdragon 8 Elite prosessorunun 7 nüvəli versiyasını əldə edəcək. Geekbench testlərindən smartfonun 16 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı Geekbench sayəsində məlum olub ki, OPPO Find N5 qutudan Android 15-i əldə edəcək. Beləliklə smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 2948 xal, çox nüvəli testi çərçivəsində isə 8196 xal toplayıb.
    Paylaş