Logo
    main-post-cover

    Qatlana bilən OPPO Find N5 smartfonunun real fotosu ortaya çıxıb

    Cihazlar+
    16.01.2025
    Emil
          Dünən OPPO şirkəti hələ təqdim olunmamış qatlana bilən OPPO Find N5 smartfonunun ilk tizer fotosunu təqdim etdi. Təqdim edilmiş tizer fotoda smartfonun nə dərəcədə nazik gövdəyə sahib olacağı sərgilənmişdi. Gözləntilərə əsasən OPPO Find N5 smartfonu qatlana bilən smartfonlar bazarında ən nazik gövdəni əldə edəcək və bu mövzuda hətta Honor Magic V3-ü də geridə qoyacaq. İndi isə internetdə bu yeni qatlana bilən smartfonun real fotosu ortaya çıxıb.
        Ortaya çıxmış fotoda OPPO Find N5-in yalnız arxa paneli əks olunub. Foto sayəsində smartfonun arxa panel dizaynını qiymətləndirmək olar. Smartfonun arxa panel dizaynını detallı şəkildə qiymətləndirmək mümkün deyil. Belə ki, o, xüsusi keys daxilində əks olunub. Bununla belə görmək olar ki, OPPO Find N5 smartfonu arxa paneldən dairəvi kamera sahəsini əldə edəcək və onun daxilində 3 ədəd kamera yerləşəcək. Gözləntilərə əsasən OPPO Find N5 smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq və özündə 5600 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
    Paylaş
    Bənzər xəbərlər