
Qatlana bilən OPPO Find N5 smartfonunun render fotosu təqdim edilib
Cihazlar+
17.01.2025
Emil
Son bir neçə gün ərzində qatlana bilən OPPO Find N5 smartfonu barəsində bir çox məlumat ortaya çıxıb. İndi isə insayderlər bu smartfonun render fotosunu təqdim ediblər. Təqdim edilmiş render fotoya əsasən OPPO Find N5 smartfonu xarici görünüşcə OPPO Find N3 smartfonuna bənzəyəcək. Render fotodan da görmək olar ki, smartfonun arxa panelində dairəvi kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə 3 ədəd kamera mövcud olacaq. Smartfonun kənar hissələri yastı olacaqlar. Gözləntilərə əsasən OPPO Find N5 smartfonu 1.5K keyfiyyətli 6.85 düym ölçülü xarici ekranı əldə edəcək və Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq.

Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
