
Qatlana bilən OPPO Find N5 təqdim olunub - QİYMƏTİ
Cihazlar+
20.02.2025
Emil
Uzun aylar ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra OPPO şirkəti sonunda öz yeni qatlana bilən smartfonunu təqdim etdi. Söhbət, OPPO Find N5-dən gedir. OPPO-nun sözlərinə əsasən bu, hal-hazırda smartfon bazarında ən nazik gövdəli qatlana bilən smartfondur. Belə ki, OPPO Find N5-in tam açıq vəziyyətdə gövdə qalınlığı 4.21 mm, qapalı vəziyyətdə gövdə qalınlığı isə 8.93 mm təşkil edir. Şirkət həmçinin bildirib ki, bu, daxili ekran üzərində qatlanma izinin hiss edilməməsi üzrə TÜV Rheinland Reliable Folding sertifikatlaşdırılmasından keçmiş ilk smartfondur.

Məlumatda qeyd edilib ki, OPPO Find N5-in daxili ekranı üzərindəki qatlanma izinin dərinliyi 0.15 mm-dən çox deyil. Beləliklə OPPO-nun bu yeni qatlana bilən smartfonu 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2616x1140 piksel keyfiyyətli 6.62 düym ölçülü xarici LTPO OLED ekranla və 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2480x2248 piksel keyfiyyətli 8.12 düym ölçülü daxili LTPO OLED ekranla təchiz olunub. Xarici ekranın maksimal parlaqlıq səviyyəsi 2450 nit, daxili ekranın maksimal parlaqlıq səviyyəsi isə 2100 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Üstəlik OPPO Find N5-in gövdəsi IPX6/IPX8/IPX9 standartları üzrə sudan qorunma özəlliyinə sahibdir.

Smartfon Snapdragon 8 Elite prosessorunun 7 nüvəli versiyası vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 8 MP + 50 MP üçlü arxa kameraya və həm xarici həm də daxili ekran üzərində 8 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə OPPO Find N5 80 vatt gücündə sürətli şarj texnologiyalı 5600 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyini əldə edib. OPPO Find N5-in qlobal versiyası 28 fevral tarixində satışa çıxacaq. Onun qlobal bazarda 16 GB RAM-a və 512 GB daxili yaddaş həcminə sahib versiyası 1860$-a satılacaq.
Mənbə: GSMarena
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
OPPO 8000 mAh həcmli yeni batareyaları test edir
OnePlus ultra böyük həcmi smartfon batareyalarında istifadə olunan qabaqcıl silisium-karbon (SiC) texnologiyasının məşhurlaşmasına mühüm töhfə verib.

Cihazlar+
Orta büdcəli OPPO A3i Plus smartfonu təqdim edilib - QİYMƏTİ
OPPO şirkəti öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, OPPO A3i Plus-dan gedir. Bu yeni orta büdcəli smartfon böyük ölçülü ekranı, Snapdragon prosessoru və böyük həcmli batareyası ilə seçilir.

Cihazlar+
Bu il OnePlus-dan qatlana bilən smartfon olmayacaq
OnePlus yeni qatlana bilən smartfonların buraxılması ilə bağlı rəsmi açıqlama yayıb. Qısa sözlə desək, şirkət bu il nə OnePlus Open-in davamçısını, nə də başqa qatlana bilən modelləri təqdim etməyi planlaşdırmır.

Cihazlar+
OPPO Find N5-in gövdə qalınlığı rəsmi şəkildə açıqlanıb
OPPO yeni texnoloji təqdimat keçirib və təqdimata hazırlaşan qatalan bilən Find N5 smartfonu haqqında rəsmi detalları açıqlayıb. Bu cihaz bazardakı ən incə və texnoloji cəhətdən ən inkişaf etmiş qatlana bilən smartfonlardan biri olmağa namizəddir.

Cihazlar+
Qatlana bilən OPPO Find N5-in təqdimatı rəsmi şəkildə anons edilib
Bir neçə ay ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra OPPO şirkəti sonunda öz yeni qatlana bilən smartfonunun təqdimatını rəsmi şəkildə anons edib. Söhbət, OPPO Find N5-dən gedir.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
