Logo
    main-post-cover

    Qatlana bilən Pixel 9 Pro Fold-un təqdimatı təsdiqlənib

    Cihazlar+
    19.07.2024
         Google şirkəti 13 avqust tarixində Google Pixel 9 smartfon seriyasını təqdim edəcək. Daha öncəki məlumat sızıntılarında qeyd edilmişdi ki, baş tutacaq təqdimat tədbirində Google Pixel 9, Pixel 9 ProPixel 9 Pro XL modellərindən əlavə olaraq həmçinin qatlana bilən Pixel 9 Pro Fold modeli də təqdim ediləcək. İndi isə bu məlumat rəsmi şəkildə təsdiqlənib. Belə ki, Google şirkətinin X-dəki (keçmiş Twitter) hesabında təqdim etmiş olduğu qısa tizer videosunda 13 avqust tarixindəki tədbirdə Pixel 9 Pro Fold-un təqdim olunacağı qeyd edilib.
    View post on X
         Üstəlik videodan da görmək olar ki, Pixel 9 Pro Fold smartfonu özündə süni zəka funksiyalarını birləşdirəcək. Çox güman ki, süni zəka funksiyalarını üstəlik digər Google Pixel 9 smartfonları da əldə edəcəklər. Həmçinin video sayəsində şirkətin yeni qatlana bilən smartfonunun dizaynı da təsdiqlənmiş oldu. Daha öncəki məlumat sızıntılarına əsasən Pixel 9 Pro Fold smartfonu 8.02 düym ölçülü daxili ekranla və 6.29 düym ölçülü xarici ekranla təchiz olunacaq. Üstəlik smartfonun Tensor G4 prosessoru vasitəsilə çalışacağı gözlənilir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...