Qatlana bilən Pixel Fold-un render fotoları və texniki göstəriciləri təqdim edilib

Qatlana bilən Pixel Fold-un render fotoları və texniki göstəriciləri təqdim edilib

Mobil Cihazlar
01.05.2023 PAYLAŞIM

    Evan Blass adlı məşhur insayder Google şirkətinin ilk qatlana bilən smartfonunun render fotolarını və texniki özəlliklərini təqdim edib. Google şirkətinin Pixel Fold adını əldə edəcəyi güman edilən ilk qatlana bilən smartfonunun daxili ekranı geniş çərçivələrə sahib olacaq. Bununla belə smartfon yeni növ şarnir konstruksiyasını və təkmilləşdirilmiş çəkiliş imkanlarını əldə edəcək. Son məlumat sızıntılarına əsasən Pixel Fold 120 Hz-lik təsvir yenilənməsinə sahib iki ədəd OLED ekran ilə təchiz olunacaq. Smartfonun daxili ekranı 7.6 düym (1840x2208 piksel keyfiyyətli), xarici ekranı isə 5.8 düym (1080x2092 piksel keyfiyyətli) təşkil edəcək.


    Xarici ekran həmçinin Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunacaq. Qatlana bilən smartfon Pixel 7 smartfonlarının sahib olduqları prosessor vasitəsilə çalışacaq. Söhbət, Tensor G2-dən gedir. Bundan əlavə olaraq Pixel Fold 12 GB RAM, 256/512 GB daxili yaddaş həcmi və 48 MP (f/1.7 diafraqma, optik stabilizasiya) + 10.8 MP (f/2.2 diafraqma) + 10.8 MP (f/3.05 diafraqma, 5 qat optik zoom, 20 qat rəqəmsal zoom) üçlü arxa kamera ilə təchiz olunacaq. Smartfon iki ədəd ön kameraya sahib olacaq. Onlardan biri xarici ekran, digəri isə daxili ekran üzərində yerləşəcək.

    Məlumatda qeyd edilib ki, ön kameralardan biri 9.5 MP-lik, digəri isə 8 MP-lik olacaq. Pixel Fold özündə 30 vatt gücündə sürətli şarj texnologiyalı 4821 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Bununla yanaşı smartfonun gövdəsi IPX8 standartı üzrə sudan qorunacaq və stereo səsgücləndiricilərə sahib olacaq. Barmaq izi skanı texnologiyası isə yandırıb/söndürmə düyməsinə inteqrasiya ediləcək. Evan Blass-ın məlumatlarına əsasən Pixel Fold-un 256 GB yaddaşa sahib versiyası 1799$-a, 512 GB yaddaşa sahib versiyası isə 1919$-a satılacaq. Qeyd etmək lazımdır ki, Pixel Fold-un 10 may tarixində start götürəcək Google I/O 2023 konfransı çərçivəsində təqdim olunacağı gözlənilir.



DAHA ÇOX


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..


Xiaomi 13 Ultra-nın qlobal versiyasının satış tarixi ilə qiyməti məlum olub..

Xiaomi şirkəti aprel ayında Xiaomi 13 Ultra flaqman smartfonunu Çin bazarında təqdim etmişdi.


Xiaomi qatlana bilən qapaqlı smartfon üzərində çalışır

Çindən olan şirkətlər artıq müəyyən müddətdir ki, özlərinin qatlana bilən smartfonlarını istehsal ed..


Büdcəli Redmi 12 smartfonunun bəzi texniki özəllikləri təsdiqlənib

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Avropa bazarında Red..


Samsung Galaxy F54 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Samsung şirkəti daha öncədən də söz verdiyi kimi bugün Hindistanda Galaxy F54 5G smartfonunu təqdim ..


Orta büdcəli OnePlus Nord N30 5G təqdim edilib - QİYMƏTİ

OnePlus şirkəti Nord seriyasının yeni modelini təqdim edib. Söhbət, OnePlus Nord N30 5G-dən gedir...

×