
Qatlana bilən qapaqlı Galaxy Z Flip 5-in dizaynı aksesuar istehsalçısı vasitəsilə təsdiqlənib
Cihazlar+
08.05.2023
Emil
Smartfonlar üçün nəzərdə tutulmuş keyslərin istehsalı ilə məşğul olan şirkətlərdən biri hələ təqdim edilməmiş qatlana bilən Galaxy Z Flip 5 smartfonunu öz məhsulunun reklam fotolarında əks etdirib. Təqdim edilmiş fotolardan da aydın görmək olar ki, Galaxy Z Flip 5 böyük ölçülü xarici ekrana sahib olacaq. Bununla yanaşı smartfon ikili arxa kamera ilə təchiz olunacaq. Gözləntilərə əsasən Galaxy Z Flip 5-in xarici ekran ölçüsü 3.4 düym təşkil edəcək. Adətən Samsung öz yeni qatlana bilən smartfonlarını avqust ayında keçirilən Galaxy Unpacked tədbirində təqdim edir. Lakin son zamanlarda ortaya çıxmış məlumatlara əsasən şirkət bu il Galaxy Unpacked tədbirini avqust ayında deyil, iyul ayında keçirə bilər. Qeyd etmək lazımdır ki, Galaxy Z Flip 5 ilə yanaşı şirkət həmçinin Galaxy Z Fold 5-i də təqdim edəcək.



Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
