
Qatlana bilən qapaqlı Honor Magic Flip artıq yaxın zamanda təqdim oluna bilər
Cihazlar+
13.02.2024
Emil
Biz dəfələrlə xəbər vermişik ki, Honor şirkəti öz ilk qatlana bilən qapaqlı smartfonu üzərində çalışır. Sözügedən smartfonun Honor Magic Flip adlanacağı güman edilir. Görünür, smartfonun təqdimatı artıq çox yaxındır. Belə ki, insayderlər Honor Magic Flip-in nə zaman təqdim olunacağı barəsində məlumat veriblər. Onların sözlərinə əsasən Honor öz ilk qatlana bilən qapaqlı smartfonunu bu ayın sonunda təqdim etməyi planlaşdırır. Əgər bu məlumat həqiqətə uyğundursa, Honor Magic Flip bu ayın sonunda baş tutacaq MWC 2024 sərgisi çərçivəsində təqdim edilə bilər. Honor Magic Flip-in texniki göstəriciləri barəsində demək olar heç bir məlumat yoxdur. Sadəcə olaraq məlumdur ki, sözügedən smartfon 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
