Logo
    main-post-cover

    Qatlana bilən qapaqlı Honor Magic Flip-in fotosu təqdim edilib

    Cihazlar+
    09.02.2024
    Emil
         İnternetdə artıq uzun zamandır gəzən məlumatlara əsasən Honor şirkəti ilk qatlana bilən qapaqlı smartfonunu hazırlayır. Onun Honor Magic Flip adlanacağı gözlənilir. İnsayderlər sözügedən smartfonun ilk fotosunu təqdim ediblər. Təqdim edilmiş foto yaxşı keyfiyyətdə olmasa da smartfonun xarici görünüşü barəsində bəzi təsəvvürlərin formalaşmasına yardımçı olur. Fotodan görmək olar ki, smartfon iki ədəd böyük ölçülü kamera obyektivini əldə edəcək. Bunun sayəsində smartfon Honor-un Honor 90 kimi daha öncəki smartfonlarını xatırladır. Bu cür böyük ölçülü iki ədəd kamera obyektivinin olacağı halda smartfonun xarici ekranı əldə edib-etməyəcəyi bilinmir. Şirkət smartfonun satış qiymətini aşağı səviyyədə saxlamaq üçün xarici ekrandan ümumiyyətlə imtina edə bilər. Fotoda 2.22 yazısını görmək olar. Bu öz növbəsində Honor Magic Flip-in bu ayın 22-si təqdim ediləcəyinə işarə edə bilər.
    Paylaş