
Qatlana bilən qapaqlı Honor Magic Flip-in keyfiyyətli render fotosu təqdim edilib
Cihazlar+
27.03.2024
Emil
Artıq uzun müddət ərzində ortaya çıxan məlumatlara əsasən Honor şirkəti bu il ilk qatlana bilən qapaqlı smartfonunu təqdim edəcək. Smartfonun Honor Magic Flip adlanacağı gözlənilir. İndi isə insayderlər Çinin Weibo adlı sosial şəbəkəsində Honor Magic Flip-in keyfiyyətli render fotosunu təqdim ediblər və bu smartfonun nə zaman təqdim olunacağını açıqlayıblar. Təqdim edilmiş fotoda smartfonun arxa paneli əks olunub. Fotodan da görmək olar ki, smartfonun yuxarı qapağının xaricində əlavə ekran yerləşəcək və həmin ekran yuxarı qapağın arxa hissəsini tamamilə əhatə edəcək. Bununla yanaşı smartfon ikili arxa kameranı əldə edəcək. İnsayderlər bildiriblər ki, Honor Magic Flip bu ilin ikinci rübünün sonunda təqdim olunacaq.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
