Qatlana bilən qapaqlı Honor Magic V Flip 2-nin batareya həcmi açıqlanıb
Honor dünən yeni qatlana bilən qapaqlı smartfonunun təqdimatını anons etdi. Söhbət, Honor Magic V Flip 2-dən gedir. Bu yeni smartfon 21 avqust tarixində təqdim olunacaq. İndi isə şirkət Magic V Flip 2-nin hansı həcmdə batareyanı və hansı gücdə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcəyini rəsmi şəkildə açıqlayıb. Honor tərəfindən təqdim edilmiş posterə əsasən Magic V Flip 2 smartfonu 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon 80 vatt gücündə sürətli naqilli şarj texnologiyasını və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...