Logo
    main-post-cover

    Qatlana bilən qapaqlı Honor Magic V Flip 2-nin təqdimatı anons edilib

    Cihazlar+
    13.08.2025
    Emil
         Honor şirkəti öz yeni qatlana bilən qapaqlı smartfonunun təqdimatını anons edib. Söhbət, Honor Magic V Flip 2-dən gedir. Şirkət tərəfindən sərgilənmiş posterə əsasən bu yeni smartfon 21 avqust tarixində təqdim ediləcək. Şirkət həmçinin Magic V Flip 2-nin xarici görünüşünü də sərgiləyib. Fotolardan da görmək olar ki, smartfon birinci nəsil Magic V Flip kimi böyük ölçülü xarici ekranı əldə edəcək. Xarici ekran üzərində isə iki ədəd kamera mövcud olacaq. Honor Magic V Flip 2-nin texniki imkanları barəsində dəqiq bir məlumat hələ yoxdur.
    Paylaş