
Qatlana bilən qapaqlı Honor Magic V Flip 2 smartfonu təqdim edilib - QİYMƏTİ
Honor şirkəti qatlana bilən qapaqlı Honor Magic V Flip 2 smartfonunu təqdim edib. Sözügedən yeni smartfon 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2868x1232 piksel keyfiyyətli 6.82 düym ölçülü daxili LTPO OLED ekranla və 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 1200х1092 piksel keyfiyyətli 4 düym ölçülü xarici LTPO OLED ekranla təchiz olunub. Daxili ekranın maksimal parlaqlıq səviyyəsi 3600 nit, xarici ekranın maksimal parlaqlıq səviyyəsi isə 2800 nit təşkil edir. Smartfonun gövdəsi IP58/IP59 standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir.

Smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Honor Magic V Flip 2 özündə 200 MP + 50 MP ikili arxa kameranı və 50 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunub və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Honor Magic V Flip 2 bu ayın sonunda Çində satışa çıxacaq və onun qiyməti 765$-dan start götürəcək. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Paylaş