Logo
    main-post-cover

    Qatlana bilən qapaqlı Honor Magic V Flip-in render fotosu təqdim edilib

    Cihazlar+
    22.05.2024
    Emil
         Digital Chat Station ləqəbli məşhur insayder Honor şirkətinin qatlana bilən qapaqlı smartfonunun render fotosunu təqdim edib. Söhbət, Honor Magic V Flip-dən gedir. Təqdim edilmiş fotoda smartfonun arxa paneli əks olunub. Fotodan da görmək olar ki, smartfon böyük ölçülü xarici ekrana sahib olacaq. Fotoya əsasən xarici ekran smartfonun yuxarı qapağının arxa hissəsini tamamilə əhatə edəcək. Ekranın yuxarı sol hissəsində isə dairəvi formalı arxa kamera sahəsi yerləşəcək.
         Xarici ekranın ölçüsünün nə qədər olacağı barəsində dəqiq bir məlumat yoxdur. İnsayder Honor Magic V Flip-in hansı həcmdə batareyaya sahib olacağını açıqlamasa da qeyd edib ki, onun batareya həcmi bazarda Flip form-faktorunda mövcud olan bütün qatlana bilən smartfonların batareya həcmlərindən daha yüksək olacaq. Bununla yanaşı Honor Magic V Flip-in daha bir fərqləndirici özəlliyinin öz seqmentində maksimal dərəcədə nazik gövdəyə sahib olacağı gözlənilir. Honor Magic V Flip bu il ərzində təqdim olunmalıdır.
    Paylaş