Qatlana bilən qapaqlı Honor Magic V Flip smartfonunun təqdimatı anons edilib
Cihazlar+
04.06.2024
Emil Nəcəfov
Keçən ildən bəri olmuş müxtəlif məlumat sızıntılarından sonra Honor şirkəti sonunda öz ilk qatlana bilən qapaqlı smartfonunun təqdimatını anons edib. Şirkət tərəfindən Çinin Weibo adlı sosial şəbəkəsində təqdim edilmiş posterlərə əsasən Honor Magic V Flip adlı qatlana bilən qapaqlı smartfonun təqdimatı 13 iyun tarixində Çində baş tutacaq. Təqdim edilmiş posterlərdə həmçinin sözügedən smartfonun xarici görünüşü də əks olunub. Posterlərdən də görmək olar ki, Honor Magic V Flip böyük ölçülü xarici ekranı əldə edəcək. Xarici ekranın sağ hissəsində isə iki ədəd kamera yerləşəcək. Qeyd etmək lazımdır ki, Honor Magic V Flip ya MediaTek ya da Snapdragon prosessoru vasitəsilə çalışacaq. Üstəlik smartfonun 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy Z Flip 5 smartfonu 3700 mAh, OPPO Find N3 Flip smartfonu isə 4300 mAh enerji tutumlu batareyaya sahibdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Honor 200 və Honor 200 Pro təqdim edilib - QİYMƏTİ
Honor 200 və Honor 200 Pro təqdim edilib - QİYMƏTİ
Honor şirkəti Honor 200 və Honor 200 Pro subflaqman smartfonlarını təqdim edib. Təqdim edilmiş bu smartfonlar xarici görünüşcə demək olar eynidirlər.
Honor markası uyğun qiymətli Earbuds A qulaqlığını təqdim edib! - QİYMƏTİ
Honor markası uyğun qiymətli Earbuds A qulaqlığını təqdim edib! - QİYMƏTİ
Honor markası uyğun qiymətli olmağına baxmayaraq, Golden Ear səs sertifikatına və Hi-Fi 5 rəqəmsal siqnal prosessoruna sahib Earbuds A qualaqlığını təqdim edib.
Honor şirkəti Honor X60 smartfon seriyası üzərində çalışır
Honor şirkəti Honor X60 smartfon seriyası üzərində çalışır
Honor şirkəti 27 may tarixində Çində Honor 200 smartfon seriyasını təqdim edəcək. Lakin məlum olub ki, şirkət daha bir yeni smartfon seriyası üzərində çalışır.
Honor 200 smartfonlarının texniki imkanları ətraflı şəkildə ortaya çıxıblar
Honor 200 smartfonlarının texniki imkanları ətraflı şəkildə ortaya çıxıblar
Honor şirkəti 27 may tarixində Çində Honor 200 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya Honor 200 və Honor 200 Pro modelləri daxil olacaqlar.
Qatlana bilən qapaqlı Honor Magic V Flip-in render fotosu təqdim edilib
Qatlana bilən qapaqlı Honor Magic V Flip-in render fotosu təqdim edilib
Digital Chat Station ləqəbli məşhur insayder Honor şirkətinin qatlana bilən qapaqlı smartfonunun render fotosunu təqdim edib.
Həftənin xəbərləri
Xiaomi 15 qlobal bazarda iki versiyada satışa çıxacaq
Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib