
Qatlana bilən qapaqlı Honor Magic V Flip təqdim edilib - QİYMƏTİ
Cihazlar+
13.06.2024
Emil
Honor şirkəti daha öncə də söz vermiş olduğu kimi Çində ilk qatlana bilən qapaqlı smartfonunu təqdim edib. Söhbət, Honor Magic V Flip-dən gedir. Beləliklə bu smartfon iki ədəd ekranı, flaqman Snapdragon prosessorunu və bu cür smartfonlar üçün heç də xas olmayan böyük həcmli batareyanı əldə edib. Beləliklə Honor Magic V Flip smartfonu 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2520x1080 piksel keyfiyyətli 6.8 düym ölçülü daxili OLED ekranla və 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 1200x1092 piksel keyfiyyətli 4 düym ölçülü xarici OLED ekranla təchiz olunub. Daxili ekranın maksimal parlaqlıq səviyyəsi 3000 nit, xarici ekranın maksimal parlaqlıq səviyyəsi isə 1600 nit təşkil edir.

Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Tam qatlanmış vəziyyətdə smartfonun qalınlığı 14.89 mm, tam açıq vəziyyətdə qalınlığı isə 7.15 mm təşkil edir. Onun çəkisi 193 qramm-dır. Honor Magic V Flip həmçinin özündə stereo səsgücləndiriciləri də birləşdirir. Smartfon Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 12 MP ikili arxa kameraya və 50 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə Honor Magic V Flip 66 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareyaya sahibdir. Honor Magic V Flip artıq Çində satışa çıxıb. Onun digər regionlarda satılıb-satılmayacağı bilinmir. Smartfonun Çin bazarındakı qiymətləri isə aşağıdakı kimidir.
- 12 GB RAM + 256 GB yaddaş - 683$
- 12 GB RAM + 512 GB yaddaş - 758$
- 12 GB RAM + 1 TB yaddaş - 827$
- 16 GB RAM + 1 TB yaddaş - 965$

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
