
Qatlana bilən qapaqlı Huawei nova Flip-in rəsmi fotoları təqdim edilib
Cihazlar+
30.07.2024
Emil
Bir neçə müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Huawei şirkəti sonunda özünün nova seriyasının ilk qatlana bilən qapaqlı smartfonunu təqdimata hazırladığını rəsmi şəkildə təsdiqləyib. Belə ki, şirkət Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında bu yeni smartfonun fotolarını təqdim edib. Smartfon Huawei nova Flip adını əldə edəcək. Fotolardan da görmək olar ki, smartfon kvadrat formalı xarici ekranı əldə edəcək. Xarici ekranda zaman və bildirişlər əks olunacaqlar. Bununla yanaşı Huawei nova Flip ikili arxa kameranı əldə edəcək. Huawei nova Flip-in yaxın zamanda təqdim olunacağı gözlənilir.



Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
