
Qatlana bilən qapaqlı Huawei Nova Flip S təqdim olunub - QİYMƏTİ
Huawei şirkəti orta büdcəli qatlana bilən qapaqlı smartfonunu təqdim edib. Söhbət, Huawei Nova Flip S-dən gedir. Beləliklə bu yeni smartfon 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2690x1136 piksel keyfiyyətli 6.94 düym ölçülü daxili OLED ekranla və 480х480 piksel keyfiyyətli 2.1 düym ölçülü xarici OLED ekranla təchiz olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Şirkət Huawei Nova Flip S-in hansı prosessor vasitəsilə çalışdığını və hansı həcmdə RAM yaddaşını əldə etdiyini açıqlamayıb. Smartfon 256/512 GB daxili yaddaş həcminə sahibdir. Kameralar mövzusunda smartfon 50 MP + 8 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə Huawei Nova Flip S 66 vatt gücündə sürətli şarj texnologyialı 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Huawei Nova Flip S artıq satışa çıxıb və onun qiyməti 475$-dan start götürür.


Paylaş