
Qatlana bilən qapaqlı Huawei Pocket 2-nin real fotoları ortaya çıxıb
Cihazlar+
20.02.2024
Emil
Dünən Huawei şirkəti rəsmi şəkildə elan etdi ki, qatlana bilən qapaqlı Huawei Pocket 2 smartfonu 22 fevral tarixində təqdim ediləcək. İndi isə internetdə Huawei Pocket 2-nin real fotoları ortaya çıxıb. Ortaya çıxmış real fotolardan da görmək olar ki, yeni smartfon özündə Huawei Pocket S-in dizaynını birləşdirəcək. Real fotolarda smartfonun üst qapağının arxa paneli əks olunub. Beləliklə smartfonun üst qapağının arxa panelində dairəvi formalı kamera sahəsi və xarici ekran yerləşəcək. Gözləntilərə əsasən kamera sahəsinin daxilində 3 ədəd obyektiv, LED işıqlandırma və lazer avtofokusu yerləşəcək.


Paylaş
Ən çox oxunanlar

iPhone 18-in hansı prosessoru əldə edəcəyi açıqlanıb
