
Qatlana bilən qapaqlı Huawei Pocket 2 smartfonu təqdim olunub - QİYMƏTİ
Cihazlar+
22.02.2024
Emil
Uzun müddət ərzində olmuş məlumat sızıntılarından sonra Huawei şirkəti sonunda yeni qatlana bilən qapaqlı Pocket 2 smartfonunu təqdim edib. Beləliklə Huawei Pocket 2 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2690x1136 piksel keyfiyyətli 6.94 düym daxili AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2200 nit təşkil edir. Xarici tərəfdən isə smartfon 60 Hz-lik təsvir yenilənməsinə sahib 340x340 piksel keyfiyyətli 1.15 düym dairəvi OLED ekranı əldə edib. Xarici ekran bildirişlərin və digər faydalı məlumatların əks olunması üçün nəzərdə tutulub.

Smartfonun gövdəsi IPX8 standartı üzrə sudan qorunur. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bununla yanaşı Huawei Pocket 2 özündə stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Smartfon Kirin 9000S prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Huawei Pocket 2 smartfonu 50 MP + 8 MP + 12 MP + 2 MP dördlü arxa kamera və 10.7 MP-lik ön kamera ilə təchiz olunub.

Smartfon özündə 66 vatt gücündə sürətli şarj texnologiyalı 4520 mAh enerji tutumlu batareyanı birləşdirir. Huawei Pocket 2 üstəlik 40 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Sözügedən smartfon peyk rabitəsi funksiyasını əldə etmiş Huawei smartfonlarından biri olub. O, HarmonyOS 4.0 əsasında çalışır. Huawei Pocket 2 smartfonu 1 mart tarixində satışa çıxacaq. Onun satış qiymətləri isə aşağıdakı kimi olacaq.
- 12 GB RAM + 256 GB yaddaş - 1042$
- 12 GB RAM + 512 GB yaddaş - 1112$
- 12 GB RAM + 1 TB yaddaş - 1250$
- 16 GB RAM + 1 TB yaddaş - 1528$.
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Huawei şirkətinin növbəti Kirin prosessorunun performansı Snapdragon 8 Gen 1 səviyyəsində ola bilər
Huawei öz smartfonlarında Kirin prosessorlarını yenidən istifadə etməyə başlasa da, onlar performans mövzusunda Qualcomm ilə MediaTek-in flaqman prosessorları ilə rəqabət apara bilmirlər.

Cihazlar+
Qatlana bilən qapaqlı Huawei Pocket 2-nin real fotoları ortaya çıxıb
Dünən Huawei şirkəti rəsmi şəkildə elan etdi ki, qatlana bilən qapaqlı Huawei Pocket 2 smartfonu 22 fevral tarixində təqdim ediləcək.

Cihazlar+
Qatlana bilən qapaqlı Huawei Pocket 2 smartfonunun təqdimatı rəsmi şəkildə anons edilib
Biz artıq dəfələrlə məlumat vermişik ki, Huawei şirkəti Pocket S2 adlı yeni qatlana bilən qapaqlı smartfonunu təqdim etməyə hazırlaşır.

Cihazlar+
Qatlana bilən qapaqlı Huawei Pocket S2-nin kameralarından biri unikal olacaq
İnsayderlər Huawei tərəfindən yaxın zamanda təqdim olunacağı gözlənilən qatlana bilən qapaqlı Pocket S2 smartfonu barəsində yeni məlumatı təqdim ediblər.

Cihazlar+
Huawei bu il qeyri-adi yeni qatlana bilən smartfonunu təqdim edə bilər
Koreyanın kütləvi informasiya vasitələrinin vermiş olduqları məlumata əsasən Huawei şirkəti qeyri-adi qatlana bilən smartfonunun anonsuna hazırlaşır.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
